BURADA REKLAMINIZ OLA
BİLƏR

Siqaret çəkən futbolçular Azərbaycan millisinin heyətindən qovuldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-19) iki futbolçusu yığmadan qovulub.

 

Pravda.az-ın xəbərinə görə, Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə komandanın heyətindən kənarlaşdırılıb.

 

Onların siqaret çəkdikləri aşkarlanıb.

 

Qeyd edək ki, AFFA hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara məlumat göndərib.

 

Xatırladaq ki, ötən il U-19 millimizin bir neçə futbolçusu Çexiyada hoteldə siqaret çəkmiş və bununla bağlı həmin oyunçular oktyabrda cərimələnmişdilər.

Tarix: 20 Yanvar 2020, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin