BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir X-XI siniflərin tədrisə necə davam edəcəyini açıqladı

“Mayın 17-dən beş regionda həftədə üç dəfə ibtidai, iki dəfə V-IX sinif şagirdləri üçün əyani tədris bərpa olunacaq”.

 

Pravda.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən ona ünvanlanan sualları cavablandırarkən deyib.

 

Nazir bildirib ki, X-XI siniflərdə tədris distant formada davam edəcək:

 

“Hamımız çalışmalıyıq ki, sentyabrın 15-dən ənənəvi tədrisi bərpa edək. Düşüncəmiz budur ki, mümkün dərəcədə əyani tədrisə qayıdaq. Bu, uşaqların sosial-psixoloji inkişafı, parta arxalarında oturmaları, məktəbə getmələri baxımından vacibdir.

 

Həm epidemioloji, həm vaksinasiya, həm də sinif ölçüləri imkan verəndə qaydalara əməl etməklə həftədə beş dəfə əyani tədrisə qayıdacağıq”.

Tarix: 8 May 2021, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin