BURADA REKLAMINIZ OLA
BİLƏR

Ələkbər Yasamallının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başlandı

Bakıda meyxanaçı Ələkbər Yasamallının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başlanıb.

 

Pravda.az-ın xəbərinə görə, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri həyata keçirilir.

 

Qeyd edək ki, ötən gün paytaxt sakini 1999-cu il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asıb.

 

Onu da qeyd edək ki, özünü asan Şamxal məşhur meyxanaçı Ələkbər Yasamallının bacısı oğludur və hərbi xidmətdən yeni qayıdıb.

Tarix: 20 Yanvar 2020, 15:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin