BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda son sutkada 1539 nəfər COVID-19-dan sağalıb, 660 nəfər yoluxub, 14 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1539 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 326 716 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib, aktiv xəstə sayı 15 917 nəfərdir.

 

Ölkədə son sutka ərzində 9 474 , hazırkı dövrədək isə 3 330 985 test aparılıb.

Tarix: 9 May 2021, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin