BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağcabədi sakinindən tapança götürüldü

Ağcabədi sakinindən külli miqdarda marixuana və silah götürülüb.

 

Pravda.az-ın xəbərinə görə, Ağcabədi Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Qarayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman marixuana aşkar edilərək götürülüb. Araşdırmaların davamı olaraq onun yaşadığı ünvana baxış keçirilmiş, həyətindən əlavə olaraq 12 kiloqramdan artıq marixuana və evindən “Revolver” markalı tapança aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 20 Yanvar 2020, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin