BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramzan Kadırov haqqında yayılan şayiələrə münasibət bildirdi

Rusiya Federasiyasının Çeçenistan Respublikasının dövlət başçısı Ramzan Kadırov onun başqa vəzifəyə keçirilməsi ilə bağlı yayılan şayiələrin həqiqəti əks etdirmədiyini, karyerasına öz Respublikasında yekun vuracağını bildirib.

 

Pravda.az-ın verdiyi xəbərə görə, o, bunu Rusiya Prezidentinin köməkçisi təyin edilməsi ilə bağlı bəzi Rusiya KİV-ləridə yayılan məlumata cavab olaraq deyib.

 

R. Kadırov daha sonra əlavə edib ki, hər hansı bir məmur bir-iki gün efirdə görünmədikdə onun haqqında şayiələr yaranır.

 

Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan dövlət başçısının və hökumətin saytında R. Kadırovun "müvəqqəti əmək qabiliyyətini itirdiyi" təqdirdə vəzifələrinin icraçısının nazir Muslim Xuçiyevə keçməsi ilə bağlı Sərəncam dərc olunub. Çeçenistan dövlət başçısının mətbuat katibi Alvi Kərimov isə Kadırovun müalicə kursu keçdiyini və məzuniyyətdə olduğu və ya müvəqqəti əmək qabiliyyətini itirdiyi təqdirdə səlahiyyətlərinin region hökumətinin sədrinə keçməsinin adi qayda olduğunu vurğulayıb.APA

Tarix: 20 Yanvar 2020, 18:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin