BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur aparıcı altı il sonra komadan ayıldı

2014-cü ildən komada olan Türkiyənin məşhur aparıcısı Kənan İşıkın vəziyyəti yaxşılaşıb. 

 

Pravda.az xəbər verir ki, 72 yaşlı aparıcı artıq müalicəsini evdə davam etdirir.

 

Beril İşıq həyat yoldaşının deyilənləri eşitdiyini, amma reaksiya vermədiyini bildirib: “Hazırda evə müalicələri davam edir. Artıq gözləri ilə ünsiyyət qura bilir. Bəzən bütün günü əlil arabasında otura bilir. Hətta sərbəst olaraq özünü dik şəkildə saxlaya bilir. Əvvəl bunların heç birini edə bilmirdi”.

 

Kənan İşık “Kim milyoner olmak ister?” intellektual şousunun aparıcısı kimi tanınıb.

 

Qeyd edək ki, Kənan İşık 2014-cü ilin martın 21-də “Renaissance İstanbul Bosphorus Otel”in saunasından çıxarkən ayağı sürüşüb və başı yerə dəyib.Oxu.az

Tarix: 20 Yanvar 2020, 21:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin