BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan işgüzar səfərdə də hobbisini unutmadı - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berlinə keçirilən Liviya konfransdan əvvəl Türkiyə Super Liqasının “Qalatasaray” - “Dənizlispor” oynunu izləyib. 

 

Pravda.az xəbər verir ki, onun xidməti avtomobilində oyunu izləməsini “Life” qeydə alıb.

 

Qeyd edək ki, Ərdoğanın futbola olan həvəsi çoxdan məlumdur. 

 

Kiçik yaşlarından “Fənərbaxça”da oynamaq arzusunda olduğunu etiraf edən siyasətçi universitetdə oxuyarkən idman bacarığını göstərib və 12 il həvəskarlarla meydana çıxıb. 

 

Ancaq atası futbola qəti şəkildə qarşı olduğu üçün Ərdoğan sonda futboldan imtina edib və siyasətə yönəlib.

 

Xatırladaq ki, oyun İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.Oxu.az

 

Tarix: 21 Yanvar 2020, 00:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin