BURADA REKLAMINIZ OLA
BİLƏR

İbrahim İbrahimlidən xəbər var

 

Milli Şuranın üzvü, keçmiş deputat İbrahim İbrahimlinin səhhəti ilə bağlı ailəsindən açıqlama gəlib.

 

Sosial şəbəkələrdə İbrahim İbrahimlinin MRT müayinəsindən keçdiyi, beynində şiş əmələ gəlməsi ilə bağlı məlumatlar yayılmışdı. Sabiq deputatın  beyin qan dövranının pozulduğu, hərəkət etməsinin çətinləşdiyi yazılsa da kürəkəni bunu təkzib edib.

 

Sosial şəbəkə hesabında qayınatasının səhhəti barədə yazan professor, tanınmış siyasi şərhçi Toğrul İsmayıl yayılan məlumatların şayiə olduğunu bildirib:

 

“Dəyərli dostlar, sosial mediada qayınatam İbrahim İbrahimli ilə bağlı müxtəlif xəbərlər və şayiələr yayınlanmaqdadır. Bir ailə üzvü olaraq bildirmək istəyirəm ki, İbrahim bəyin sağlığında müxtəlif problemlər olsa da, hazırda vəziyyəti yaxşıdır. Ailə üzvləri xaricində paylaşılan heç bir məlumata etibar etməyin”.

Tarix: 19 May 2021, 16:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin