BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi səbəblərlə əlaqədar əlillik alanların təkrar müayinəsinin məqsədi açıqlandı

"Hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin əyani müayinəsində əsas məqsəd sui-istifadə edən şəxslərin aşkarlanmasıdır".

 

Pravda.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

 

O bildirib ki, bu müayinələr zamanı bəzi hallarda hiper diaqnostikaya yol verildiyi, yaxud şəhadətnamələrdə yazılan diaqnozla vətəndaşın müraciət etdiyi diaqnozun fərqli olması müəyyən edilir: “Hərbi səbəblərlə əlaqədar əlillik müayinələri açıqdır. İctimai Şuranın üzvləri bu müayinələrdə iştirak edir. Digər qurumların üzvləri də prosesdə mütamədi iştirak edir. Tam şəffaf və obyektiv keçməsinə şahid olurlar”.

Tarix: 21 May 2021, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin