BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin deputatı kənddən qovuldu: "Belə deputatlıq olmur" – VİDEO

 

81 saylı Beyləqan Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Şahin İsmayılovla seçiciləri arasında gərginlik yaşanıb.

 

Pravda.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

 

Hadisənin Beyləqanın Kəbirli kəndində baş verdiyi bildirilir. Kadrlardan seçicilərin deputatı onlarla görüşmədiyi üçün irad tutduğu bildirilir:

 

“Belə deputatlıq olmur. Siz xalqın içərisində olmalı idiniz. Qənirə Paşayeva qədər ola bilmədiniz” – seçicilər söyləyib.

 

Hətta bir sıra kütləvi informasiya vasitələri millət vəkilinin sözügedən kənddən qovulduğunu yazıb.

 

Ölkə.az

 
Tarix: 24 May 2021, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin