BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüquq-mühafizə orqanlarına yönəldilən vəsait məlum oldu

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 73,2 milyon manat vəsait də nəzərə alınmaqla, 2020-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclərə dövlət büdcəsi xərclərinin 7,2%-i həcmində (2019-cu illə müqayisədə 0,4 faiz-bənd çox) və ya 1 milyard 899 milyon 400 min manat vəsait yönəldilib.

 

Pravda.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

 

Qanun layihəsinə əsasən, bu, 2019-cu illə müqayisədə 234,6 milyon manat və ya 14,1% çoxdur.

 

Aztəminatlı əhaliyə dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün isə hesabat ilində dövlət büdcəsindən 2,7 milyon manat vəsait ayrılıb.

Tarix: 24 May 2021, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin