Reklam

Azərbaycanda ötən il siyasi partiyalara 4 milyon manata yaxın maliyyə yardımı ayrılıb

2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara 3,6 milyon manat məbləğində maliyyə yardımı ayrılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

 

Qeyd edilib ki, bu da 2019-cu illə müqayisədə 1 milyon manat və ya 38,4 faiz çoxdur.

 

Sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

Tarix: 24 May 2021, 12:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin