BURADA REKLAMINIZ OLA
BİLƏR

Səttar Möhbalıyev Razi Nurullayevə cavab verdi: "Azərbaycanda olan sanatoriyaların vəziyyəti Rusiyada olanlardan yaxşıdır"

“AZAL dövlət şirkətidir, dövlət də vətəndaşlarının normal həyatı üçün şərait yaratmalıdır. Amma AZAL-da təyyarə biletinin qiyməti 14 günlük müalicədən baha başa gəlir. Bu məsələyə təcili əncam çəkilməlidir”.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, onlarla vətəndaşdan AZAL-ın təyyarə biletlərinin çox baha olması barədə şikayətlər gəlir: “Az qala iki ildir, vətəndaşlarımız ölkədən kənara çıxa bilmir. Xaricə uçmaq ancaq seçilmişlər, xüsusi biznes imtiyazına malik olanlar, maaşla yaşamayanlar və qeyri-qanuni yollarla varlananlar üçündürsə, o zaman Azərbaycanda olan sanatoriyaları göstərək, bu maaşla yaşayanlar və ümumiyyətlə, maaşı olmayanlar da gedib orada sağlamlıqlarını bərpa etsinlər. Bizdə sanatoriya var? 3-4 sanatoriya var, onlar da elə pullular üçündür. Bu yanaşma ədalətli deyil”.

 

Deputat Səttar Möhbalıyev isə Razi Nurullayevə cavabında bildirib ki, Azərbaycanda olan sanatoriyaların vəziyyəti Rusiyada olanlardan yaxşıdır: “Artıq Rusiyadan Azərbaycana sanatoriyalara istirahətə gələnlər var. Azərbaycanda sanatoriyalar müasir standartlara cavab verir, müasir tibbi cihazlarla təmin olunub”.

Tarix: 25 May 2021, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin