BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin köməkçisi: “Özüm, həyat yoldaşım, anam peyvənd olunmuşuq”

"Pandemiya ilə mübarizədə iki yol var: ya yoluxub sağalmalıyıq, ya da peyvənd olunmalıyıq".

 

Pravda.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

 

Ş. Mövsümov deyib ki, özü, həyat yoldaşı, anası, qardaşı da COVID-19 əleyhinə peyvənd olunub:

 

"Ona görə də təklif edirəm ki, ölümlə lotoreya oynamayaq və peyvənd olunaq. Normal həyata qayıtmaq üçün bu, mütləqdir".

Tarix: 25 May 2021, 13:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin