BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda metrostansiyası tikilir

Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

 

Məlumatda bildirilir ki, bu il “Bənövşəyi” xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:

 

“B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır”.Publika.az

Tarix: 22 Yanvar 2020, 18:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin