BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi müzakirə edildi

Araz çayının su və enerji ehtiyatlarından birgə istifadə edilməsi ilə bağlı məsələləri operativ həll etmək məqsədilə keçmiş SSRİ və İran İslam Respublikası arasındakı razılaşmaya əsasən, daimi fəaliyyət göstərən Azərbaycan-İran Birgə Komissiya yaradılıb.

 

Pravda xəbər verir ki, bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC məlumat yayıb.

 

"Həmin Komissiya tərəfindən hər il Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi və paritet əsasda istifadə edilməsi məsələsi razılaşdırılır. Komissiya fəaliyyətini Azərbaycan müstəqillik qazandıqdan sonra da davam edir", - məlumatda deyilir.

 

24 may 2021-ci il tarixdə Birgə Komissiyanın videokonfrans formatında keçirilmiş görüşündə 50-ci iclasın Protokolunun layihəsinin müzakirəsi aparılıb. Komissiyanın Azərbaycan tərəfindən həmsədri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov və Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Asif Verdiyev iştirak ediblər.

 

31 may 2021-ci il tarixdə Araz su anbarının səddində “Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran Birgə komissiyası”nın təntənəli şəkildə keçiriləcək 50-ci yubiley iclasında Protokol imzalanacaq.

Tarix: 26 May 2021, 15:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin