BURADA REKLAMINIZ OLA
BİLƏR

Bazarlarda tibbi maskadan istifadə edilməlidir - Nazirlər Kabineti

 

 

Qapalı bazarlarda insanlar sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməlidir.

 

Pravda.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əksini tapıb.

 

Qeyd edək ki, bu tələb 31 may saat 06:00-dək ümumiyyətlə bazarlara aid edilirdi. Beləliklə, 31 may saat 06:00-dan bu tələb yalnız qapalı bazarlara aid ediləcək.

Tarix: 26 May 2021, 17:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin