BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzər TV: Kütləvi ixtisarların başlaması barədə məlumatlar həqiqəti əks etdirmir - YENİLƏNDİ

Xəzər Televiziyası kütləvi ixtisarların başlaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Xəzər Media Mərkəzindən Pravda.az-a bildirilib ki, bir sıra media orqanlarında şirkətdə kütləvi ixtisarların başlaması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

""Xəzər TV"də əməkdaşların işə qəbul və işdən azad olunması prosesi Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir" – məlumatda qeyd olunub.

 

 

 

***

08:55

 

Xəzər TV-də kütləvi ixtisarlar başlayır.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, əvvəlcə texniki heyətin, sonra isə digər sahədə çalışan işçilərin ixtisarı gözlənilir.

 

Bildirilir ki, texniki heyətə daxil olan işçilərin bir qisminə ərizə yazdırılıb. Mətn belədir: “Yazıb bildirirəm ki, 01.06.2021-ci il tarixdən mənimlə bağlanmış müddətsiz əmək müqaviləsinin müddətli müqavilə ilə əvəzlənməsinə etiraz etmirəm, razıyam”.

 

Göründüyü kimi, ərizə müddətsiz müqavilənin müddətli müqavilə ilə əvəzlənməsi ilə əlaqədardır. Qeyd olunan müddət də 3 ayı əhatə edir. Ehtimal edilir ki, 3 aydan sonra həmin işçilər azad ediləcək. İxtisar prosesinin tam olaraq yeni mövsümdə həyata keçirilməsi nəzərdə tutulur. Yeni işçilərin götürülüb-götürülməyəcəyi məlum deyil.

 

Hüseyn

Tarix: 28 May 2021, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin