BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmkirdə gənc qadının həyətdə asılmış meyiti tapıldı

Şəmkirdə ölüm hadisəsi baş verib.


Pravda.az-ın məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.


Təxminən, 20-30 yaşlarında olan Samirə Quliyeva yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.


Qadın hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Meyit müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.


Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Tarix: 29 May 2021, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin