BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 7 yaşlı uşaq maşınla qardaşının üstündən keçdi

Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib.

 

Pravda.az xəbər verir ki, 2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasinin avtomobilini işə salaraq arxaya hərəkət etdirib.

 

Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Unikal.org

Tarix: 29 May 2021, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin