BURADA REKLAMINIZ OLA
BİLƏR

Kiyevdə bir qrup azərbaycanlıya soyuq silahla hücum edilib, yaralananlar var - FOTO

Ukraynanın paytaxtı Kiyevdə bir qrup azərbaycanlı hücuma məruz qalıb.

 

Hadisə mayın 28-də axşam saatlarında bazarların birində qeydə alınıb.

 

Belə ki, Əliverdi və Fikrət Məmmədov qardaşları və daha bir neçə azərbaycanlı polis geyimində olan naməlum şəxslər tərəfindən döyülüblər.

 

Soydaşlarımıza qarşı “beşbarmaq” adlı soyuq silahdan istifadə ediblər.

 

Yaralı azərbaycanlılar Kiyev şəhər Travmatologiya Mərkəzinə yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

 

Kiyevdə bir qrup azərbaycanlıya soyuq silahla hücum edilib, yaralananlar var

Tarix: 29 May 2021, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin