BURADA REKLAMINIZ OLA
BİLƏR

İtkin düşən 23 yaşlı qadın tapılaraq ailəsinə təhvil verildi

İtkin düşən 23 yaşlı Ağstafa sakini tapılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa rayon sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb.

 

O, ailəsinə təhvil verilib.

 

Qeyd edək ki, G.Salahova bu il mayın 5-də yaşadığı evdən çıxaraq, geri qayıtmamışdı.

Tarix: 29 May 2021, 20:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin