BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçın sakinini Goranboyda ildırım vurub öldürdü

Goranboyda bədbəxt hadisə baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Ballıqaya kəndi ərazisində qeydə alınıb.

 

Bərdədə məskunlaşan Laçın rayon sakini, 1974-cü il təvəllüdlü Əhmədov Əhməd Xanalı oğlu yaylaqda qoyun otaran zaman onu ildırım vurub. 47 yaşlı Kişi hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

 

APA

Tarix: 29 May 2021, 21:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin