BURADA REKLAMINIZ OLA
BİLƏR

“Koroğlu” metrostansiyasının yaxınlığında qanlı hadisə: Qadın ərini bıçaqladı - VİDEO

Bakıda qadın həyat yoldaşını və özünü bıçaqlayıb.

 

“Koroğlu” metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı əri, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.

 

Hadisə şahidlərinin sözlərinə görə, tərəflər arasında avtomobildə baş verən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

 

Hər iki yaralı 3 saylı şəhər klinik xəstəxanasına gətirilib. Xəstəxanadan "Xəzər Xəbər"ə verilən məlumata görə, barmağının kəsilmiş yarası ilə xəstəxanaya daxil olan Nicat Paşayevə yardım göstərilərək ambulator müalicəyə göndərilib.

 

Qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan Günel Kərimovaya da ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə faktla bağlı araşdırma aparılır.

 

Tarix: 30 May 2021, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin