2020-ci ildə dünya bazarlarında neftin qiymətinin 50 dollara, hətta ondan aşağı düşəcəyi barədə proqnozlar meydana çıxıb. Bəzi iqtisadi ekspertlərin şərhlərində bunlara rast gəlmək mümkündür. Amerikanın İranla yaşadığı gərginliyin, Çinlə apardığı ticarət müharibəsinin burada birbaşa rol oynayacağı vurğulanır.
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hər şeyin iki dövlət arasındakı münasibətlərdən asılı olduğunu söylədi: “Bu, daha çox Amerika-Çin münasibətlərinin bundan sonrakı inkişafından asılı olacaq. Çünki dünya iqtisadiyyatının 40%-ə qədərini bu iki ölkə verir. Hər iki ölkə arasında ciddi şəkildə ticarət müharibəsi gedir. Amma burada bir məsələ var. Son zamanlarda müəyyən bir sənəd imzalayıblar. Nəticədə münasibətlərdə müəyyən yumşalma əmələ gəlib. Ancaq bu aysberqdə suyun üzdə olan hissəsidir. Suyun altında olan hissəsində münasibətlər kifayət qədər gərgindir, ciddidir. Qarşıda Amerika prezidenti Donald Trampın seçkisi var. Seçkiqabağı Ağ Ev sahibi siyasi gediş edərək, vəziyyəti bir az düzəldə bilib. Əslində heç inandırıcı görünmür ki, Tramp bu məsələdə güzəştə gedəcək. Güzəştə getmədikdə isə bu bütövlükdə dünya iqtisadiyyatına ciddi təhdid olacaq. Bu təhdidin nəticəsi olaraq, neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi baş verə bilər. Real görə bildiyim, dəyərləndirdiyim budur. Bunlar təkcə mənim fikirlərim deyil. Vəziyyəti real şəkildə qiymətləndirən hər kəs bu cür düşünür”.
İqtisadçı alim gərgin müstəvidə davam edən Amerika-İran münasibətlərinin də neftin qiymətinə təsir edəcəyini söylədi: “ABŞ-İran münasibətlərində vəziyyət o qədər də yaxşı deyil. Suriya ilə bağlı məsələdə çox ciddi gərginlik var. Bütün bunlar dünya iqtisadiyyatını təhdid edən məqamlardır. İqtisadiyyat təhdid olunursa, orada istər-istəməz artım templəri yerinə, azalma templəri baş verir. Baxın, 2019-cu ilin oktyabr ayında Dünya Bankı bu il üçün dünya iqtisadiyyatına verdiyi artımı bir neçə bənd azaltdı və gələn il üçün də bundan daha çox azaltdı. Bu sıradan bir hadisə deyildi. Beynəlxalq Valyuta Fondu kimi mötəbər bir maliyyə qurumu əgər verdiyi payı bir neçə aydan sonra azaldırsa, demək, çox şey ortadadır”.
Sabiq nazir Azərbaycan neftini nələrin gözlədiyindən də söz açdı: “Dünya bazarlarında neftin qiyməti aşağı düşəcəksə, Azərbaycan neftinin bir qiymətdə qalması mümkün deyil. Sadəcə olaraq, bizim neft keyfiyyət baxımından digər ölkələrdə istehsal olunan neftdən daha yüksək olduğu üçün qiymət fərqi bir neçə dollardır. Burada başqa heç bir fərq yoxdur. Əgər bu gün dünya bazarında Səudiyyə Ərəbistanı, İraqın nefti 64 dollara satılırsa, bizim neft 67-68 dollara satılır. Göründüyü kimi, bir neçə dollar fərq var. Amma nəzərə almaq lazımdır ki, neftin qiyməti 50, yaxud ondan aşağı dollara düşəcəksə, bizim neft 64 dollara satılan deyil. Ən yaxşı halda 52-53 dollara satılacaq. Əsas fərqlər bundan ibarətdir”.
Sonda müsahibimiz Amerika ilə Çin arasındakı ticarət müharibəsindən hansı tərəfin qalib çıxa biləcəyi barədə təxminlərini bölüşdü: “Burada daha çox Amerikanın qalib çıxacağını görürəm. Bu gün ABŞ iqtisadiyyatı yüksəlişdədir. Bütün makrogöstəricilər üzrə proqnozlar özünü yüksək səviyyədə doğrultmaqdadır. Bu gün iqtisadi artım, işsizlik və inflyasiya üzrə bütün göstəricilər çox yüksək səviyyədədir. Amerika üçün hər şeyin yolunda getdiyini söyləmək mümkündür. Bütün bunlar da Trampın reytinqinin Amerikada daha da yüksəlməsinə yol açır. Onun impiçment məsələsi ortadadır. Amma bunun da Trampın reytinqinə xidmət edəcəyini düşünürəm. Növbəti dəfə o, yenidən prezident seçiləcək. Özü də yüksək səs üstünlüyü ilə qalib olacağını düşünürəm. Ondan sonra da bugünkü siyasətini davam etdirəcək. Çin və digər ölkələrin ticarət məsələsində Amerika ilə münasibətlərində olan neqativ hallar da aradan qaldırılacaq”. “Yeni Müsavat”
5 Fevral 00:45
5 Fevral 00:28
4 Fevral 23:56
4 Fevral 23:52
4 Fevral 22:58
4 Fevral 22:57
4 Fevral 22:02
4 Fevral 21:52
4 Fevral 21:49
4 Fevral 21:38
4 Fevral 21:10
4 Fevral 20:16
4 Fevral 20:11
4 Fevral 20:02
4 Fevral 19:33
4 Fevral 19:21
4 Fevral 19:18
4 Fevral 18:51
4 Fevral 18:44
4 Fevral 18:28
4 Fevral 18:10
4 Fevral 17:48
4 Fevral 17:28
4 Fevral 17:06
4 Fevral 16:49
4 Fevral 16:32
4 Fevral 15:56
4 Fevral 15:45
4 Fevral 15:24
4 Fevral 15:00
4 Fevral 14:40
4 Fevral 14:37
4 Fevral 14:13
4 Fevral 13:59
4 Fevral 13:57
4 Fevral 13:47
4 Fevral 12:57
4 Fevral 12:52
4 Fevral 12:45
4 Fevral 12:25
4 Fevral 12:17
4 Fevral 12:07
4 Fevral 11:56
4 Fevral 11:49
4 Fevral 11:29
4 Fevral 11:08
4 Fevral 10:43
4 Fevral 10:23
4 Fevral 10:17
4 Fevral 09:54
4 Fevral 09:44
4 Fevral 09:00
4 Fevral 08:54
4 Fevral 08:50
4 Fevral 08:42
4 Fevral 08:39
4 Fevral 08:37
4 Fevral 00:24
3 Fevral 23:55
3 Fevral 23:36
3 Fevral 23:33
3 Fevral 22:47
3 Fevral 22:29
3 Fevral 22:26
3 Fevral 21:33
3 Fevral 21:28
3 Fevral 21:23
3 Fevral 20:28
3 Fevral 20:08
3 Fevral 19:25
3 Fevral 19:07
3 Fevral 19:01
3 Fevral 18:37
3 Fevral 18:27
3 Fevral 17:39
3 Fevral 17:24
3 Fevral 16:42
3 Fevral 16:06
3 Fevral 15:50
3 Fevral 15:42
3 Fevral 15:30
3 Fevral 15:27
3 Fevral 15:05
3 Fevral 15:04
3 Fevral 15:01
3 Fevral 14:35
3 Fevral 14:25
3 Fevral 14:21
3 Fevral 14:15
3 Fevral 13:45
3 Fevral 13:45
3 Fevral 13:43
3 Fevral 13:38
3 Fevral 13:38
3 Fevral 13:26
3 Fevral 13:00
3 Fevral 12:55
3 Fevral 12:49
3 Fevral 12:46
3 Fevral 12:43
3 Fevral 12:37
3 Fevral 12:30
3 Fevral 12:08
3 Fevral 11:44
3 Fevral 11:34
3 Fevral 11:22
3 Fevral 11:11
3 Fevral 11:01
3 Fevral 11:00
3 Fevral 10:58
3 Fevral 10:50
3 Fevral 10:44
3 Fevral 10:41
3 Fevral 10:39
3 Fevral 10:33
3 Fevral 10:27
3 Fevral 10:17
3 Fevral 10:13
3 Fevral 09:40
3 Fevral 09:38
3 Fevral 09:36
3 Fevral 09:32
3 Fevral 09:28
3 Fevral 09:26
3 Fevral 09:22
3 Fevral 09:19
3 Fevral 09:17
3 Fevral 00:37
2 Fevral 23:35
2 Fevral 23:34
2 Fevral 23:31
2 Fevral 23:08
2 Fevral 23:01
2 Fevral 22:35
2 Fevral 21:54
2 Fevral 21:48
2 Fevral 21:08
2 Fevral 20:53
2 Fevral 20:45
2 Fevral 20:37
2 Fevral 20:25
2 Fevral 19:57
2 Fevral 19:47
2 Fevral 19:42
2 Fevral 19:17
2 Fevral 18:53
2 Fevral 18:51
2 Fevral 18:49
2 Fevral 18:28
2 Fevral 18:20
Ən son xəbərləri səhifəmizdən də izləyin