BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Əzizov: “Hər bir qurum maliyyə məsələlərinə çox ciddi yanaşmalıdır”

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə 2020-ci ildə iş, forma və metodlarına, eləcə də fəaliyyətdə aşkarlığın daha da artılılması məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbər şəxslər qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində təmiz əllər və şəffaflıqla çalışmalıdır.

 

Struktura daxil olan xidmətlərin fəaliyyətindən danışan Eldar Əzizov bildirib ki, hər bir qurum xüsusilə maliyyə məsələlərinə çox ciddi yanaşmalı, ayrılan vəsaitlərdən səmərəli istifadə olunmalı, görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə çatdırılmalıdır.

Tarix: 23 Yanvar 2020, 10:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin