BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılı Vasif Talıbovla iş birliyində olması iddiasına münasibət bildirdi

Müsavat Partiyasının başqanı Arif Hacılı “SİRAB” şirkəti vasitəsilə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla iş birliyində olması iddiasına münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, A.Hacılı deyib ki, bu iddia həqiqətəuyğun deyil: “Vasif Talıbovla “SİRAB” şirkətinə şərik olduğumu yalnız şərəfsiz, ləyaqətsiz məxluqlar iddia edə bilər. Bu düşük iddiaya da ən kütbeyin debillər inanar”.

 

Xatırlatma: Jurnalist Yafəs Əkrəmoğlu sosial şəbəkədə yazıb ki, Almaniyada baş verәn son hadisәlәrdәn sonra Azәrbaycanda әn çox maddi ziyan görәn Arif Hacılı vә Vasif Talıbovdur: “Birincinin mühacir bazarı öldü, bu mәlum. Vasif Talıbovun isә ziyanı daha böyük olacaq. Hәbs olunan müsavatçı Mehdi Xәlilbәyli onun sahibi olduği "Sirab" şirkәtinin Almaniyadakı qeyri-rәsmi filialının rәhbәridi. Cinayәt işindә keçәn mәlumata görә, filiala aid Almaniyada qeydiyyatda olan 194 әdәd ağır tonajlı TIR-lar Vasif Talıbovun oğluna aiddir. Bu tırların әn azı yarısı hәr gün yollarda, iş başında olub, pul qazanıb. Onların aqibәtinin necә olacağı mәlumdu yәqin. "İt də getdi, ip dә getdi" mәsәli... Almaniyanın Köln vә digәr şәhәrlәrindә olan hazırda kirayәyә verilәn 3 mәnzil dә cinayәt işindә keçir. Hәr mәnzil hazırda aylıq 800-100 avro qazanc gәtirir. Onların da aqibәti necә olacaq, bilinmir. Birilәri buna görә dә çox narahatdır. Vasif Talıbova aidiyyәti yoxdu amma”.

Tarix: 17 Noyabr 2019, 20:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin