"Azərbaycan ordusu mütləq şəkildə anti-terror tədbirləri həyata keçirməlidir. Başqa yolu yoxdur, erməniləri qorxutmaq lazımdır. Güman edirəm ki, ərazilərimizə daxil olan diversantların Azərbaycan ordusu tərəfindən saxlanılması ordumuzun sərhədlərdə möhkəmləndirmə işlərini uğurla aparmasına zəmin yaradır".
Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, ermənilər sərhədlərin tam olaraq müəyyənləşdirilməməsindən sui-istifadə edirlər: "Bildiyimiz kimi, ötən günlərdə Kəlbəcər rayonu ərazisində erməni diversiya qrupundan 6 nəfər Azərbaycan ordusu tərəfindən saxlanılıb. İyunun 8-də isə Laçın rayonunda yenidən 1 nəfər diversantın tutulması onu göstərir ki, ermənilər sərhədlərin tam möhkəmlənməməsindən istifadə edərək ərazilərimizə qanunsuz şəkildə daxil olur və mina döşəyirlər. Bu isə, təbii olaraq, fəlakətə səbəb olur. Elə 4 gün bundan qabaq 2-si jurnalist olmaqla 3 nəfərin xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olduqlarının şahidi olduq. Bütün bunlar təsdiq edir ki, ermənilərin apardığı mina müharibəsi partizan xarakteri almağa başlayır. Ermənilər özləri açıq etiraf edirlər ki, Kəlbəcər rayonuna 17 maşın mina daşıyıb basdırıblar. Beləliklə, Azərbaycan, təcili olaraq, tədbirlər görməli, sərhədlərimiz möhkəmləndirilməlidir. Hesab edirəm ki, qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olan diversantların olduğu hər nöqtəyə atəş açılmalıdır. Biz də Ermənistan ərazisinə mina basdıraq, onlar da görsünlər ki, mina basdırmağın nəticəsi necə olur. Yoxsa ermənilər sakit dayanmayacaqlar. Güman edirəm ki, ərazilərimizə daxil olmaq istəyən diversantların Azərbaycan ordusu tərəfindən saxlanılması ordumuzun sərhədlərdə möhkəmləndirmə işlərini uğurla aparmasına zəmin yaradır".
Q.Hüseynli həmçinin ermənilərin Kəlbəcər ərazisinə 17 maşın mina basdırmaları ilə bağlı verdikləri açıqlamaya da münasibət bildirib: "İnanmıram ki, sərhəddən 17 maşın keçsin, mina basdırsın və Azərbaycan ordusu bunu hiss etməsin. Nəzərə almaq lazımdır ki, qeyd olunan sayda minanı basdırmaq üçün bir neçə saat vaxt lazımdır. Ermənilər, sadəcə, Azərbaycan əhalisi arasında panika yaratmaq istəyirlər ki, onlar köç edib doğma torpaqlarına qayıtmasınlar. Hesab edirəm ki, bu məlumatlar uydurmadır".
Qeyd: İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində ərazimizə daxil olan düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.
Nəzrin Cavid
26 Aprel 21:01
26 Aprel 21:00
26 Aprel 20:58
26 Aprel 20:35
26 Aprel 20:32
26 Aprel 19:56
26 Aprel 19:16
26 Aprel 19:10
26 Aprel 19:07
26 Aprel 19:07
26 Aprel 18:41
26 Aprel 18:37
26 Aprel 18:33
26 Aprel 18:31
26 Aprel 18:29
26 Aprel 18:20
26 Aprel 18:14
26 Aprel 17:46
26 Aprel 17:36
26 Aprel 17:25
26 Aprel 17:22
26 Aprel 16:39
26 Aprel 16:31
26 Aprel 16:27
26 Aprel 16:20
26 Aprel 16:09
26 Aprel 16:08
26 Aprel 16:00
26 Aprel 15:53
26 Aprel 15:51
26 Aprel 15:36
26 Aprel 15:28
26 Aprel 15:23
26 Aprel 15:22
26 Aprel 15:08
26 Aprel 15:06
26 Aprel 15:04
26 Aprel 15:03
26 Aprel 15:01
26 Aprel 14:53
26 Aprel 14:46
26 Aprel 14:25
26 Aprel 14:21
26 Aprel 14:16
26 Aprel 14:12
26 Aprel 13:54
26 Aprel 13:49
26 Aprel 13:21
26 Aprel 12:51
26 Aprel 12:50
26 Aprel 12:46
26 Aprel 12:38
26 Aprel 12:36
26 Aprel 12:34
26 Aprel 12:32
26 Aprel 12:26
26 Aprel 12:25
26 Aprel 12:18
26 Aprel 12:16
26 Aprel 12:12
26 Aprel 12:05
26 Aprel 11:45
26 Aprel 11:42
26 Aprel 11:34
26 Aprel 11:19
26 Aprel 11:15
26 Aprel 10:55
26 Aprel 10:46
26 Aprel 10:37
26 Aprel 10:31
26 Aprel 10:23
26 Aprel 10:20
26 Aprel 10:17
26 Aprel 10:09
26 Aprel 09:52
26 Aprel 09:50
26 Aprel 09:49
26 Aprel 09:42
26 Aprel 09:27
26 Aprel 09:18
26 Aprel 09:11
26 Aprel 08:59
26 Aprel 08:54
26 Aprel 08:51
26 Aprel 08:50
26 Aprel 08:46
26 Aprel 08:45
26 Aprel 08:43
26 Aprel 08:40
26 Aprel 08:38
26 Aprel 08:35
26 Aprel 08:31
26 Aprel 08:28
26 Aprel 08:25
26 Aprel 08:22
26 Aprel 08:18
26 Aprel 08:16
26 Aprel 08:15
26 Aprel 08:12
26 Aprel 08:09
26 Aprel 08:05
26 Aprel 08:02
26 Aprel 07:34
26 Aprel 06:43
26 Aprel 06:40
26 Aprel 01:46
26 Aprel 00:54
26 Aprel 00:49
26 Aprel 00:47
26 Aprel 00:44
26 Aprel 00:41
26 Aprel 00:31
26 Aprel 00:06
25 Aprel 23:02
25 Aprel 22:51
25 Aprel 21:25
25 Aprel 21:18
25 Aprel 20:52
25 Aprel 20:47
25 Aprel 19:47
25 Aprel 19:34
25 Aprel 18:51
25 Aprel 18:41
25 Aprel 18:39
25 Aprel 18:38
25 Aprel 18:36
25 Aprel 18:35
25 Aprel 18:32
25 Aprel 18:31
25 Aprel 18:29
25 Aprel 18:27
25 Aprel 18:26
25 Aprel 18:25
25 Aprel 18:24
25 Aprel 18:22
25 Aprel 18:20
25 Aprel 18:11
25 Aprel 18:09
25 Aprel 18:07
25 Aprel 18:05
25 Aprel 17:59
25 Aprel 17:57
25 Aprel 17:55
25 Aprel 17:53
25 Aprel 17:33
25 Aprel 17:30
25 Aprel 17:12
25 Aprel 17:08
25 Aprel 16:48
25 Aprel 16:28
Ən son xəbərləri səhifəmizdən də izləyin