BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və Pakistan hərbçiləri əməliyyat planlaşdırması məsələlərini müzakirə etdi

İyunun 9-da Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Ayaz Həsənov Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi, general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər hər iki ölkə ordularının müxtəlif qoşun növləri və bölmələri arasında əməliyyat uyarlığının təmin edilməsi, birgə əməliyyat təlimlərinin planlaşdırılması və keçirilməsinə dair fikir mübadiləsi aparıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Tarix: 9 İyun 2021, 16:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin