BURADA REKLAMINIZ OLA
BİLƏR

Hesablama Palatasında struktur dəyişikliyi

Hesablama Palatasının strukturunda dəyişiklik edilib.

 

Pravda.az-ın xəbərinə görə, fevral ayının 1-dən qüvvəyə minəcək yeni strukturda bir sıra şöbələrin birləşdirilməsi ilə yanaşı iki yeni struktur vahidi də formalaşdırılıb.

 

Səmərəlilik (perfomans) auditi ilə bağlı fəaliyyətin genişləndirilməsi məqsədilə Hesablama Palatasında Səmərəlilik auditi sektoru yaradılıb və müxtəlif istiqamətlər üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri bu sektor tərəfindən həyata keçiriləcək.

 

Yeni yaradılan Keyfiyyətə nəzarət və fəaliyyət risklərinin idarəedilməsi sektoru isə beynəlxalq standart və təcrübəyə uyğun şəkildə Hesablama Palatasının fəaliyyətinin, xüsusilə nəzarət fəaliyyətinin təşkili və risklərin araşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Tarix: 25 Yanvar 2020, 10:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin