BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşdü

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis ilə görüşüb.


Nazirlikdən Pravda.az-a verilən məlumata görə, görüşdə müdafiə naziri Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları çərçivəsində, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib.


Öz növbəsində R.Berqmanis ölkələrimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını qeyd edərək Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.


Tarix: 17 İyun 2021, 18:59   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin