BURADA REKLAMINIZ OLA
BİLƏR

Britaniya səfiri Azərbaycana təşəkkür etdi

Futbol üzrə Avropa çempionatında A qrupunun iki görüşünü Bakıda keçirmiş Uels millisi Azərbaycanı tərk edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Böyük Britaniya səfiri Ceyms Şarp tvitterdə yazıb.

 

O bildirib ki, Robert Peycin baş məşqçi olduğu komanda qrup mərhələsində İtaliyaya qarşı son oyun üçün Romaya gedib. Səfir AVRO-2020-də Uelsə göstərdiyi gözəl qonaqpərvərliyə görə, Azərbaycana təşəkkür edib.

 

Qeyd edək ki, Uels seçməsi Bakı Olimpiya Stadionundakı ilk matçında İsveçrə ilə heç-heçə edib - 1:1. Komanda ikinci görüşdə Türkiyə millisinə 2:0 hesabı ilə qalib gəlib.

Tarix: 18 İyun 2021, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin