BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi Dəniz Qüvvələri tərəfindən taktiki təlimlərin ikinci mərhələsinə start verildi

Hərbi Dəniz Qüvvələri tərəfindən 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən taktiki təlimlərin ikinci mərhələsinə start verilib.

 

Pravda.az-ın məlumatına görə, təlimin bu mərhələsində ilk olaraq, adada aşkar olunmuş terrorçuların müvəqqəti məskunlaşdıqları bazalar Xüsusi Təyinatlı Qruplar tərəfindən zərərsizləşdirilib.

 

Daha sonra Böyük Zirə adasında təchiz olunmamış sahilə desant çıxarılıb. Desant dəstəsi tərəfindən adada yerləşən terrorçu qruplar məhv edilib.

 

Kater və helikopterlə gələn Xüsusi Təyinatlı tabor (“Dəniz pişiklər”) tərəfindən adanın sahili minalardan təmizlənərək mühafizə tam təmin olunub. Bundan sonra isə adada məskən salan terrorçu qrup zərərsizləşdirilib.

 

Qeyd edək ki, bugünkü təlimlərə Xüsusi Təyinatlı Taborun şəxsi heyəti cəlb olunub.

Tarix: 23 İyun 2021, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin