BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məktəblilər üçün avtobuslar ayrılacaq

"Valideynlərlə keçirilən görüşlərdə əsas məsələ avtobusların təşkil edilməsi ilə bağlı olub. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq etməyə başlamışıq".

 

Pravda.az-ın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, BNA və Təhsil Nazirliyinin birgə işçi qrupu bununla əlaqədar iş aparır: "Bu işlər növbəti aylarda da davam etdiriləcək. Birgə səylərimiz sayəsində yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq. Birinci mərhələdə bu, bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər".

Tarix: 27 Yanvar 2020, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin