BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniya məğlub oldu

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

 

Pravda.az-ın məlumatına görə, günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gəlib.

 

"Uembli" stadionunda keçirilmiş qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 75-ci dəqiqədə Rahim Sterlinq hesabı açıb. 86-cı dəqiqədə isə Harri Keyn fərqi daha da artırıb.

 

1/8 final mərhələsinə bu gün keçiriləcək İsveç - Ukrayna görüşü ilə yekun vurulacaq. Bu cütün qalibi 1/4 finalda Almaniyaya rəqib olacaq.

Tarix: 29 İyun 2021, 22:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin