BURADA REKLAMINIZ OLA
BİLƏR

“Saxta əlillik kağızı düzəldir, sələmə pul verir” - Sahil Babayevə müraciət

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə Aynur Arifqızı tərəfindən şikayət ünvanlanıb.

 

Pravda.az-ın xəbərinə görə, şikayətçi Arzu Həmidova adlı xanımın saxta əlillik sənədi aldığını iddia edib.

 

“Cənab Nazir, hər kəsə məlumdur ki, rüşvət yolu ilə sağlam adamların Sosial müavinət, təqaüd alması halları baş alıb gedir və həqiqi əlilliyi olanlar, yoxsulluq içində zülm çəkib, balasına çörək almağa imkanı olmayanlar öz haqlı imtiyazlarından istifadə edə bilmirlər.

 

Belə hallardan biri də, illərdir ki, məhkəmə davasında olduğum Nərimanov rayonu Fətəli Xan Xoyski 34 mənzil 26-da yaşayan Həmidova Arzu Əlisahib qızıdır. Mənzilə görə ödədiyim 25 min dollar və 6700 manat təmir xərci 2017 –ci ildən icraata verilsə də, bu dələduz qadın qanunun heç bir tələbinə əhəmiyyət vermir. Çünki əlində hansısa yolla əldə etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Sosial və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Əlillik kağızı var. Bu qadın sələmi ilə pul verdiyi adamları şərləyib, cinayət məsuliyyətinə cəlb edərək aylarla şou yaradır sonunda isə qarşı tərəf öz günahsızlığını, bunun günahkar olduğunu sübut etdikdə isə 2-ci qrup əlil olduğunu əsas gətirib məsuliyyətdən boyun qaçırır.

 

Necə olur ki, bir neçə mülki, “LEXUS” markalı maşını olan (məhkəmə dövründə hamısı anasının adına keçirilib) tam sağlam vicudu olduğu halda bütün günü fitnes və üzgüçülüklə məşğul olan bu dələduz qadın 2-ci qrup əlillik kağızı əldə edərək neçə illərdir ki, dövlətdən pul alır?!

 

Həmidova Arzu ilə münasibətlərimiz yaxşı olduğu zaman etibarlı adamları olduğunu, yüksək təqaüdlə ömürlük müavinət kəsdirmək təklifini mənə də etmişdir. Söylənilən yüksək məbləğ mənə mümkünsüz görünsə də bir neçə tanışıma bu işdə “yardımçı” olmuşdu.

 

Cənab Nazir!

 

Çox xahiş edirəm ki, Həmidova Arzu Əlisahib qızının əlində bütün dələduzluq oyunlarında yaşıl işıq olan, az qala “Green card” a çevrilmiş bu saxta əlillik sənədinin araşdırılmasına sərəncam verəsiniz.

 

Bəlkə də bu yolla saxta əlillik sənədi verən cinayətkar şəbəkəni ifşa edilə və haqlı olanların haqqının dələduzların, saxtakarların sahiblənməsinin qarşısı alına”.Bizimyol.info

Fotoları təqdim edirik
Tarix: 27 Yanvar 2020, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin