BURADA REKLAMINIZ OLA
BİLƏR

Mikayıl Cabbarov Avropa Komissarı ilə işğaldan azad olunmuş ərazilərin bərpasında əməkdaşlığı müzakirə etdi

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

 

O qeyd edib ki, görüşdə, energetika naziri Pərviz Şahbazovla birgə işğaldan azad olunmuş ərazilərin bərpasında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı, Aİ tərəfindən təklif edilən maliyyə alətləri və investisiyalar üçün prioritet sahələr barədə fikir mübadiləsi aparılıb.

 

"Azərbaycan Avropa İttifaqı ilə uğurlu iqtisadi ticarət tərəfdaşlığı həyata keçirir", - nazir əlavə edib.

Tarix: 8 İyul 2021, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin