BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsavat Partiyası mühacir biznesi ittihamının araşdırılması üçün komissiya yaratdı

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

 

Partiyanın mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, iclasda Almaniyada miqrant problemi ilə bağlı həyata keçirilən əməliyyatdan sonra Müsavat Partiyasına qarşı irəli sürülən ittihamlar müzakirə edilib.

 

Müzakirələrdə qeyd olunub ki, Müsavat Partiyası qanunsuz miqrasiya və saxta sənədlərin verilməsi ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır.

 

İclasda Müsavat Partiyasına irəli sürülən ittihamların araşdırılması üçün komissiya yaradılıb.

 

Sonda cari məsələlər müzakirə olunub.

Tarix: 18 Noyabr 2019, 19:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin