BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənilər Kəlbəcəri də atəşə tutdu

İyulun 15-də saat 14:15 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.


Müdafiə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.


Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Tarix: 15 İyul 2021, 18:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin