BURADA REKLAMINIZ OLA
BİLƏR

Yasamalın yeni icra başçısı “Sovetski” sakinlərini qəbul etdi – “Əlavə məna axtarmağa ehtiyac yoxdur”

Bu gün Bakının Yasamal rayonunun keçmiş “Sovetski” sakinləri, ümumən 500-ə yaxın insan Rayon İcra Hakimiyyətində qəbulda olub.

 

Yasamal rayon İcra hakimiyyətindən bildirilib ki, hər birinci gün saat 10-da İcra hakimiyyətində vətəndaşların qəbulu həyata keçirilir.

 

“Bu gün də səhər saatlarında da insanların İcra Hakimiyyətində yeni başçı tərəfindən qəbul ediliblər. Bu görüşdə heç bir əlavə məna axtarmağa ehtiyac yoxdur.

 

Yeni icra başçısı Elşad Həsənov Yasamal sakinlərinin bütün məsələləri ilə yaxından tanışdır. Çünki o bundan əvvəl Yasamalın deputatı olub. Elşad Həsənov bütün müraciət edən sakinləri dinlədi,  İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan bütün məsələlərin həlli üçün lazımi tapşırıqlarını verdi. Bu, sakinlərlə adi görüşlərdən biri idi” – qeyd olunub.

Tarix: 18 Noyabr 2019, 23:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin