BURADA REKLAMINIZ OLA
BİLƏR

"Legiya" uduzdu

Futbol üzrə Polşa Super Kubokunun sahibi müəyyənləşib.

 

Pravda.az-ın məlumatına görə, mövsümün ilk titulu uğrunda görüşdə çempion "Legiya" ilə kubokun qalibi "Rakuv" komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"nın ehtiyat oyunçular skamyasında yer alıb. O, 58-ci dəqiqədə meydana daxil olub.

 

10-cu dəqiqədə "Rakuv" Fran Tudorun qolu ilə önə keçib. "Legiya"nın bərabərlik qolunu isə 90+3-cü dəqiqədə Emreli vurub. Bu qol sayəsində oyun əlavə vaxta və penaltilər seriyasınadək uzanıb.

 

Lakin 11 metrlik zərbələr zamanı "Rakuv" daha dəqiq olub - 4:3. "Legiya"nın penaltilərindən birini Emreli qaçırıb.

 

Beləliklə, azərbaycanlı hücumçunun yeni komandasında mövsümə titulla başlamaq istəyi gerçəkləşməyib.

Tarix: 18 İyul 2021, 00:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin