BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Özümü ortaya qoyan olsaydım...” - Mətanət

Müğənni Mətanət Əsədova haqqında yayılan həbs xəbərlərinə aydınlıq gətirib.

 

Sənətçi İnstaqramda canlı yayıma girərək adının insan alverində hallanmasına əsəbiləşdiyini və həmin şəxsi tapmaq üçün polisə şikayət etdiyini söyləyib. Əsədova onunla bağlı şayiə yayan şəxsin həmkarı olduğunu iddia edib:

 

"Oturduğum yerdə mənə nələr edirlər. Bunun qarşısı alınmalıdır. Bezdim. Nə imkan verirlər yetimliyimin, xəstəliyimin, səsimdə olan problemin dərdini çəkim. Evimdə ağır xəstələr var, həyəcan olmaz. Bilmirəm onların, bilmirəm öz acınacaqlı halımın fikrini edim. Bunu tapmaq mümkün deyil? Bir dəfə haqqımda çıxan yalan xəbərlərə görə polisı müraciət etdim. Amma yenə başlandı.

 

Mən də kiməsə yaltaqlanan, özümü ortaya qoyan olsaydım, divarlarım qızıldan olardı. Əgər nəşə oxumaqla olursa, mən niyə edə bilmirəm? Mən haram tikə yeyirəmsə, niyə taksi ilə gəzirəm? Villarım, evim, maşınım yoxdur. Heç kimin heç nəyində gözüm yoxdur. Qaldığım ev kirayədir. Heç kimdən nəsə istəmirəm. Nə ad, nə maşın, nə ev, nə var-dövlət istəyirəm. Ev, maşın, qızıl, ər sizdədir. Hələ başınızın üstündə milyonlar var.

 

Sənət dostlarım zəng ediblər ki, bir bu qalmışdı sənə yaxılmayan. Narkotiklə məşğul olanlar, özünü ortaya qoyanlar qalıb kənarda. Utanıram, ət tökürəm, bilmirəm nə deyim. Bilirəm bunu kim, nə üçün edir. Qadının öz işi var. Qadın polis idarəsi gəzər? Qaçıb gedirlər şikayət edirlər, şər atırlar, o bunundan şikayət edir. Belə şey olar?

 

Bundan əl çəkməyəcəm, axırıncı iş idi, ona da əl atdılar. Məhkəməyə verib, araşdırma apartdıracam. Bu xəbəri kimin yaydığını tapdıracam. Adını polisdə çəkdirib biabır edəcəm".

 

Axşam.az-ın yazdığına görə, canlı yayım ərəfəsində M.Əsədovaya izləyicilər həmin xanım həmkarının Nazənin olduğunu yazıb. İfaçı bunla bağlı suallara isə nə "hə", nə də "yox" deyib:

 

"Nazəninlə düşmənçiliyim yoxdur. Heç onun evini tanımıram. Özündən soruşun görün evində olmuşam? Uşağını 2 yaşında görmüşdüm. Bu barədə heç nə deməyəcəm. Bu xəbərlər yazılanda mənə birinci Nazənim xanım zəng etmişdi. Deyir, nə oyundu başına gəlib? Dedim, bilmirəm. Heç kimin adını çəkməyəcəm. Bu dəqiqə özümdən də şübhələnirəm".

 

Qeyd edək ki, sosial şəbəkədə M.Əsədovanın insan alverinə görə həbs edildiyi xəbəri yayılmışdı. DİN açıqlama yayaraq, belə bir halın olmadığını bildirib.

Tarix: 29 İyul 2021, 13:59   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin