BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamran Əliyev Naxçıvandadır

 Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdədir.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti sərhəd bölgəsində Sədərək rayonunda yerləşən hərbi hissədə olub.

 

Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanışlıq olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüş keçirilib.

 

Görüş zamanı əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qazilərə şəfa dilənib.

 

Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfər münasibətilə şəxsi heyəti təbrik edib, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Qələbənin əldə olunmasındakı rolunu vurğulayıb.

Tarix: 5 Avqust 2021, 20:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin