BURADA REKLAMINIZ OLA
BİLƏR

Havanın temperaturunun ən çox artdığı şəhərlər açıqlandı

İqlim Dəyişikliyi üzrə Beynəlxalq Ekspertlər Qrupu altıncı qiymətləndirmə hesabatını təqdim edib.

Pravda.az-ın məlumatına görə, hesabatda 1950-ci ildən 2018-ci ilə qədər olan dövrdə şəhərlərdə havanın orta illik temperaturunun artımı qiymətləndirilib. Siyahının lideri Hindistanın Kəlkətə şəhəri olub. Qeyd olunan dövrdə sözügedən şəhərdə havanın orta illik temperaturu 2,6 dərəcə artıb.

İkinci yerdə Albaniyanın paytaxtı Tirana (2,33 dərəcə), üçdə isə Moskva (1 dərəcə) qərarlaşıb.

Qeyd olunan dövrdə Nyu-Yorkda havanın orta illik temperaturu 0,21 dərəcə, Los-Ancelesdə – 0,14 dərəcə, Brüsseldə – 0,62 dərəcə, Sidneydə – 0,21, Çində – orta hesabla 0,49 dərəcə, Yaponiyada – 0,98 dərəcə artıb. Yalnız Qahirədə temperatur dəyişməyib.

Tarix: 9 Avqust 2021, 15:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin