BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bir vaxt Azərbaycan insanı bu dildən utanırdı" - Aysel Əlizadə

 

"Təsəvvür edə bilməzdik ki, bir gün ana dilimiz bunca önəmli sayılacaq. Hər kəs bu dildə danışacaq. Bir vaxt Azərbaycan insanı bu dildən utanırdı. İntellektuallar rusdilli idi, ana dilini bilmirdilər. Ruscanı bilməyənlərə “çuşka” deyilirdi. Özünü anlama prosesi necə getdi hiss etmədik".

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.

 

A.Əlizadə qeyd edib ki, bir vaxt öz türkçəmizdə işlənməyən sözləri ucadan səsləndirərdik: "Kəsmik, dayanacaq, sürücü… Bu, etirazın, yayğınlaşdırmanın bir növü idi. İndi buna gərək də yoxdur. Özgürlük, müstəqillik bu imiş… Öz dilində sevmək, öz dilində yaşamaq…"

Tarix: 15 Avqust 2021, 23:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin