BURADA REKLAMINIZ OLA
BİLƏR

COVID-19 pasportu ilə bağlı tələb qüvvəyə mindi - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda həyata keçiriləcək.


Nazirlikdən Pravda.az-a verilən məlumata görə, vətəndaşların ƏƏSMN-nin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVID-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.

Xezerxeber.az-in mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Tarix: 17 Avqust 2021, 07:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin