BURADA REKLAMINIZ OLA
BİLƏR

"Evdə belə öpüşüb-görüşməyin" - Vasif İsmayıl

"Vəziyyət ciddidir. Aktiv xəstə sayı ikinci dalğadan 2 dəfə azdır, amma artıq səhiyyə sistemi çətinliyə düşüb”.


Pravda.az xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib. O, hamının xəstələnə biləcəyini ehtimal etdiyini bildirib:


"Uşaqlar da, peyvənd olunmuşlar da xəstələnə bilər. Əlaqə nisbətini azaldın. Evdə belə öpüşüb-görüşməyin. Azacıq səbr edin. Baxın, mənim dediklərimə istəyirsiniz milyon dəfə söyün, amma özünüzü qoruyun və sonra söyün. Vecimə də deyil. Təki sağ qalasınız. Hardasa 25 gün sağ qalmaq üçün ciddi qorunmaq lazımdır. İndiki nədirsə, bir başqa aləmdir”.

Tarix: 18 Avqust 2021, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin