BURADA REKLAMINIZ OLA
BİLƏR

Aysel Əlizadə: “Məhərrəmlikdə gülmək qadağandır, ya yox?” tipli sualları buraxın

“Hörmətli din xadimləri, siz artıq ciddi mətləblərə keçin. Həcc ziyarətinə axan pulların hesabını sorun, hara, kimlərin cibinə gedir o fantastik paralar, niyə müsəlman uşaqlarının təhsilinə, İslam dünyasında elmə, texnologiyaya, mədəniyyətə yatırılmır, bunları xəbər alın”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.

 

“Qadın qaş alsınmı, almasınmı?”, “Ramazanda çimmək olar, olmaz?”, “Məhərrəmlikdə gülmək qadağandır, ya yox?” tipli sualları buraxın artıq. On dörd əsrdir, nəyin haram, nəyin halal olduğuna qərar verə bilməmisiniz. Əl çəkin daha insanlardan, onları allahları ilə təkbətək buraxın, hər kəs qəlbinin səsi ilə yaşasın. Adamları neqativə kökləməyin, ağlaşmaya, bədbəxtliyə sürükləməyin. İmkan verin bu din işıqlı bir çalar alsın, sevinc, rahatlıq gətirsin. Din maqnatlarından tələb edin ziyarətgahlara yağış kimi tökülən vəsaitləri müsəlmanların inkişafına yatırsınlar. Bir stul, bir televizor, bir kompüter icad etməyən İslam dünyasının bədbəxtlikdən, səfalət və cəhalətdən qurtulması üçün çalışın. İnsanların gülməyə, sevinməyə, ümidə, işığa ehtiyacı var. Çəkilin artıq, Günəşin önünü kəsirsiz” – A.Əlizadə qeyd edib.

Tarix: 18 Avqust 2021, 23:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin