BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslər COVID-19 əleyhinə vaksinə qarşı əks göstərişlə bağlı arayış təqdim etdi

“Bu günədək 41 minə yaxın təhsil işçisi COVID-19 əleyhinə vaksinə qarşı əks göstərişlə bağlı arayış təqdim edib”.

Pravda.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Bildirilib ki, ancaq həmin təhsil işçiləri Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında qeyd edildiyi kimi "Əks göstəriş" sertifikatı da təqdim etməlidirlər.

Qeyd edilib ki, əks halda onlar vaksinasiyadan səbəbsiz imtina etmiş şəxslər kimi qəbul olunacaqlar.

Qeyd edək ki, 18 avqust 2021-ci il tarixində Təhsil Nazirliyi tərəfindən ölkənin təhsil müəssisələrinin işçi heyətinin vaksinasiyasının daha sürətli təşkilinə həsr edilmiş onlayn iclas keçirilib. İclasda bütün yerli təhsili idarəetmə qurumlarının, eləcə də nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri, vaksinasiyanın təşkili və təşviqinə məsul əməkdaşları iştirak edib. İclas iştirakçılarına təhsil müəssisələrinin vaksinasiya edilməyən işçi heyətinə məsələnin əhəmiyyətinin izah edilməsi, ümumilikdə Nazirlər Kabineti tərəfindən bu sahədə verilən tapşırıqların lazımi qaydada icra edilməsi tapşırılıb: "Bildiririk ki, avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən COVID-19 əleyhinə vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş" sertifikatının verilməsinə başlanılıb. Unutmayaq ki, ənənəvi təhsilin bərpası üçün vaksinasiya vacibdir".

Tarix: 19 Avqust 2021, 19:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin